RU

SON DƏQİQƏ! Tehranda YENİ ÜSYAN DALĞASI BAŞLADI:  ABŞ hazırlıq içində -VİDEO

Tehranda yenidən hakimiyyət əleyhinə etiraz aksiyaları başlayıb.

NOCOMMENT.az xəbər verir ki, şəhərin müxtəlif bölgələrində toplaşan vətəndaşlar açıq şəkildə İran rəhbərliyinə qarşı şüarlar səsləndiriblər.

Etirazçılar “Ali Khameneiyə ölüm olsun!”, “Diktatora ölüm olsun!” kimi çağırışlarla mövcud siyasi rejimə etiraz ediblər.

Məlumata görə, aksiyalar əsasən iqtisadi çətinliklər, sosial problemlər və hakimiyyətin sərt siyasətinə qarşı narazılıq fonunda başlayıb.

Təhlükəsizlik qüvvələri etirazları dağıtmaq üçün şəhərin bir sıra ərazilərində gücləndirilmiş rejimə keçib, bəzi yerlərdə toqquşmaların yaşandığı bildirilir. Sosial şəbəkələrdə yayılan görüntülərdə vətəndaşların açıq şəkildə dini və siyasi rəhbərliyi hədəf alan şüarlar səsləndirdiyi görünür.

Ekspertlər hesab edirlər ki, bu etirazlar İranda cəmiyyətdə artan narazılığın növbəti göstəricisidir və hakimiyyət üçün ciddi xəbərdarlıq xarakteri daşıyır. Son illər ölkədə inflyasiya, işsizlik və beynəlxalq sanksiyaların təsiri nəticəsində əhalinin həyat səviyyəsi xeyli aşağı düşüb. Bu da sosial gərginliyin artmasına səbəb olub.

Bununla yanaşı, beynəlxalq müstəvidə də İran ətrafında gərginlik yüksəlməkdə davam edir. Qeyd edilir ki, İran və ABŞ arasında Omanda keçirilən son danışıqlar heç bir nəticə verməyib. Tərəflər arasında nüvə proqramı və regional təhlükəsizlik məsələləri ilə bağlı razılıq əldə olunmayıb.

Mənbələrin məlumatına görə, danışıqların uğursuzluqla başa çatmasından sonra Vaşinqtonda İrana qarşı mümkün hərbi əməliyyat ssenariləri müzakirə olunmağa başlanıb. Bildirilir ki, ABŞ administrasiyası bölgədəki vəziyyəti ciddi təhlükə kimi qiymətləndirir.

Eyni zamanda qeyd olunub ki, yaxın günlərdə ABŞ Prezidenti Donald Tramp tərəfindən İrana mümkün hücum əmri verilə bilər. Bu ehtimal həm regionda, həm də beynəlxalq arenada ciddi narahatlıq doğurur.

Analitiklərin fikrincə, daxildə artan etirazlar və xaricdə güclənən təzyiqlər İran hakimiyyətini olduqca çətin vəziyyətə salıb. Mövcud proseslər həm ölkə daxilində siyasi sabitliyi sarsıdır, həm də Yaxın Şərqdə yeni qarşıdurma riskini artırır. Hazırkı vəziyyətin yaxın günlərdə daha da gərginləşəcəyi istisna edilmir.

Əli Səfərli,
NOCOMMENT.az

Избранный
30
nocomment.az

1Источники