RU

Səudiyyə Ərəbistanından Kamavinqa həmləsi: Kanteni o əvəz edəcək

Səudiyyə Ərəbistanının nəhəngi "Əl-İttihad" transfer bazarını sarsıtmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, klub "Real Madrid"in gənc ulduzu Eduardo Kamavinqanı hədəf seçib.

"Ciddə pələngləri" fransız yarımmüdafiəçini komandadan ayrılan həmyerlisi Nqolo Kantenin ən layiqli xələfi hesab edirlər.

"Əl-İttihad"ın yay transfer pəncərəsində "kral klubu"na rəsmi təklif göndərəcəyi və Kamavinqa üçün astronomik məbləğdən keçməyə hazır olduğu bildirilir.

Избранный
74
1
fanat.az

2Источники