RU

Ukrayna Prezidenti enerji yardımına görə İlham Əliyevə təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski son enerji yardımı paketinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

“İki sahil” xəbər verir ki, bu barədə Zelenski İlham Əliyevlə Münxendə görüşdən sonra sosial mediada yazıb.

"Mən ona enerji sistemindəki ümumi vəziyyət və Rusiyanın enerji infrastrukturu obyektlərinə zərbələrinin nəticələri barədə məlumat verdim. Son enerji dəstəyi paketinə görə minnətdarlığımı bildirdim" - deyə Ukrayna prezidenti qeyd edib.

Zelenskinin sözlərinə görə, liderlər həmçinin ikitərəfli münasibətlərin inkişafı və enerji sektorunda birgə layihələrin həyata keçirilməsi məsələlərini də müzakirə ediblər.

"Biz həmçinin sülhə nail olmağa yönəlmiş danışıqlar prosesinə diqqət yetirdik (Rusiya-Ukrayna müharibəsində – red.) Ukrayna həmişə ləyaqətli sülhə nail olmağa kömək edə biləcək səyləri konstruktiv şəkildə dəstəkləyir", - deyə Zelenski qeyd edib.

Избранный
15
12
ikisahil.az

10Источники