RU

Pentaqon: Vaşinqton Çinlə sabit və yaxşı münasibətlərdə maraqlıdır

ABŞ Çinlə sabit münasibətlər istəyir və onun iqtisadiyyatını sıxışdırmağa çalışmır.

İki sahil” yazır ki, bunu ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi Münxen Təhlükəsizlik Konfransında çıxış edərkən bildirib.

“Çin inanır ki, biz onların iqtisadi inkişafını sıxışdırmağa və ya məhdudlaşdırmağa çalışırıq, amma biz bunu etməyə çalışmırıq”, - Elbric Kolbi əlavə edib.

Kolbi qeyd etdi ki, Vaşinqton Çinlə sabit və yaxşı münasibətlərdə maraqlıdır: “Münaqişədən qaçmaq və qarşılıqlı faydalı ticarətlə məşğul olmaq istəyirik. Lakin başa düşürük ki, bunu güc mövqeyindən etməliyik".

O əlavə edib: “Çinin iqtisadi inkişafdakı böyük nailiyyətlərini və əhəmiyyətli hərbi gücünü başa düşürük və hörmət edirik. Biz buna uyğun - güc və sabitliyin əlverişli balansına nail olmaq üçün vəziyyətə hörmətlə və ayıq baxışla hərəkət edirik".

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
34
ikisahil.az

1Источники