O bildirib ki, Çin yeni bir dəhlizin, yeni əlaqələrin genişləndirilməsinə kömək etmək istəyir. Vanq Huiyao Çindən Avropaya daşınmaların həcminin artdığını deyib. “Düşünürəm ki, bütün bu fərqli dəhlizlər birlikdə işləməlidir. Çinin "Bir Kəmər, Bir Yol" layihəsi artıq 12 ildir ki, fəaliyyət göstərir. Dünyanın müxtəlif yerlərində 3000-dən çox layihəyə bir trilyon ABŞ dollarından çox sərmayə qoyulub. Bu cür yanaşma, infrastruktur, insanlar arasında mübadilə rifahı, sabitliyi qorumaq və sülh yaratmaq üçün həqiqətən vacibdir. Çinin bütün bu böyük işləri görməsi, düşünürəm ki, çox faydalıdır. Azərbaycan əla bir ölkədir. Mən orada dəfələrlə olmuşam. Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq”,- deyə o bildirib
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта