Alimlər kifayət qədər maqnezium qəbulunun sağlam qan damarlarını qorumağınyolu ola biləcəyini irəli sürüblər.
Medicina.az xəbər verir ki, tədqiqatçılar maqneziumun i qan damarlarını təmizləyən vasitə olduğunu, artıq xolesterolu təmizlədiyini və potensial sağlamlıq riskləri baxımından ən təhlükəli olan "pis" xolesterolun miqdarını azaltdığını aşkar ediblər.

"Maqnezium qan təzyiqinin və qlikemik nəzarətin tənzimlənməsindən məsul olan 300 fermentativ reaksiyada kofaktor rolunu oynayır. Maqneziumla zəngin bir pəhriz ümumi plazma xolesterolunu azaltmaqla kardioprotektiv təsir göstərə bilər", - deyə alimlər qeyd edirlər.
Maqnezium çatışmazlığı ilə xolesterol istehsalı artır. Aşağıdakı simptomlar maqnezium çatışmazlığını göstərir:
yorğunluq,
əzələ zəifliyi,
yüksək təzyiq,
astma,
əsəbilik, ruhi pozğunluqlar,
əzələ krampları,
osteoporoz,
iştahasızlıq,
ürəkbulanma.
Maqnezium çatışmazlığını aradan qaldırmağa kömək edə biləcək qidalar.
Ispanaq: Ümumiyyətlə, yaşıl yarpaqlı tərəvəzlər bu mineralla zəngindir.
Qoz-fındıq: Kaju və badam xüsusilə maqneziumla zəngindir.
Avokado: Onu istehlak etmək sağlam xolesterol səviyyəsini qoruyur və ürək xəstəliyi riskini azaldır.
Bananlar: Maqneziumla zəngindir, enerji səviyyəsini artırır.
Tünd şokolad: Bu vacib mineralın mənbəyi olmaqla yanaşı, həm də antioksidantlar ehtiva edir.
Aygün Musayeva