Regional nəqliyyat qovşaqlarında qonşularla yaxşı münasibətlər olmalıdır.
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda baş tutan panel müzakirəsində deyib.
Prezident qeyd edib ki, Azərbaycan fiziki infrastruktura sərmayələr yatırıb:
"Birmənalı olaraq regional nəqliyyat qovşaqlarında qonşularla yaxşı münasibətlər olmalıdır. Burada qərb və şərq baxımından Azərbaycan buna çalışır".