RU

17 illik evlilik rəsmən bitdi 3 milyon verdi, sərvətini keçmiş ərindən qorudu

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Hollivudun bir zamanlar xoşbəxt cütlüklərindən sayılan Cessika Alba ilə Keş Uorrenin 17 illik evliliyi rəsmən başa çatıb. 2008-ci ildə gizli şəkildə ailə quran və üç övlad sahibi olan cütlük boşanma prosesini yekunlaşdırıb.

Qaynarinfo xəbər verir ki, boşanma ilə bağlı ən çox müzakirə olunan məqam isə maliyyə razılaşması olub. Məlumata görə, Cessika Alba 100 milyon dollardan artıq olduğu bildirilən sərvətinin nisbətən kiçik hissəsini keçmiş həyat yoldaşına ödəyərək əsas varidatını qoruyub saxlaya bilib.

Məlumata əsasən, Alba ilə Uorren qarşılıqlı aliment ödəməmək barədə razılığa gəliblər. Bununla belə, aktrisa keçmiş ərinə ümumilikdə 3 milyon dollar ödəyəcək. Bu məbləğ iki hissə şəklində veriləcək.

TMZ saytının yazdığına görə, 46 yaşlı Keş Uorren 2017-ci ildə birlikdə aldıqları Beverli-Hillzdəki malikanənin də daxil olduğu əmlak bölgüsü çərçivəsində iki mərhələdə 3 milyon dollar alacaq. Cessika Alba məbləğin bir hissəsini bu il, qalan yarısını isə gələn il ödəyəcək.

Soyadını geri aldı

44 yaşlı aktrisa ötən ilin fevralında boşanma ərizəsi təqdim edərkən rəsmi sənədlərdə istifadə etdiyi Uorren soyadından imtina edərək karyerasında qızlıq soyadı olan Albanı geri qaytarmaq istədiyini bildirmişdi. Bu məsələ də həllini tapıb və o, bundan sonra hüquqi sənədlərdə də Alba soyadını istifadə edəcək.

Cütlük 17 yaşlı Honor, 14 yaşlı Haven və 8 yaşlı Hayes adlı üç övladlarının birgə qəyyumluğu barədə razılığa gəlib.

Mətbuatda yayılan xəbərlərə görə, ayrılıq qərarı açıqlanmadan əvvəl də Alba ilə Uorren uzun müddət evdə ər-arvad kimi deyil, daha çox iki qardaş və ya ev yoldaşı kimi yaşayıblar. Aktrisa bir müsahibəsində münasibətlərində artıq sevginin qalmadığını etiraf etmişdi.

Yaxın çevrəsinin sözlərinə görə, ailənin əsas gəlir mənbəyi illərdir Cessika Alba olub və Keş Uorren uzun müddətdir böyük layihələrdə iştirak etməyib.

Hazırda Cessika Albanın 33 yaşlı həmkarı Denni Ramireslə münasibətdə olduğu bildirilir. Keş Uorrenin isə hələlik daimi həyat yoldaşı olmadığı qeyd olunur.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
qaynarinfo.az

1Источники