RU

Rusiyanın gizli gəmilərinə qarşı hərbi əməliyyat planlaşdırılır Münhendə QAPALI MÜZAKİRƏ

Turkstan.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Böyük Britaniyanın müdafiə naziri Con Heli Şimali Avropa və Baltikyanı ölkələrin nümayəndələri ilə Rusiyanın "kölgə donanması"na aid edilən tankerlərə qarşı mümkün hərbi əməliyyatlar barədə danışıqlar aparıb.

Turkustan.az xəbər verir ki, bu məlumatı "Bloomberg" özəl mənbələrə istinadən açıqlayıb:

"Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan qapalı müzakirədə 10 ölkənin nümayəndələri iştirak edib. Danışıqlarda Britaniya Silahlı Qüvvələrinin komandanı Riçard Nayton gizli gəmiləri ələ keçirmək üçün birgə əməliyyatlar da daxil olmaqla müxtəlif variantlar təqdim edib.

ABŞ-nin bu prosesdəki rolu hələlik dəqiq müəyyən edilməyib, lakin Vaşinqtonun koordinasiya işlərini həyata keçirəcəyi ehtimal olunur".

Saytın yazdığına görə, Estoniyanın müdafiə naziri Hanno Pevkur isə görüşdən sonra verdiyi müsahibədə bildirib ki, "kölgə donanması"nın gəmilərinə bayraqlar verən ölkələr onlara qarşı da tədbir görüləcəyini bilməlidirlər.

O, konkret qərarlar qəbul etməzdən əvvəl əlavə müzakirələrin aparılmasının vacibliyini də vurğulayıb:

"Bir sıra ölkələr eskalasiya riskindən narahatdırlar"./oxu.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
1
icma.az

2Источники