RU

Qurban Qurbanov özündən çıxdı - "AFFA-da bunu görmürlər?"

Misli Premyer Liqasının XX turunun "İmişli" - “Qarabağ” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

"Vacib qələbə qaz Bütün qubalılara minnətdarlığımı bildirirəm. Bizə azarkeşlik etdilər. Meydanın durumu göz önündədir. Qazon yoxdur. Çox danışmaq istəmirəm. Bu durumu görmürlər? Belə meydanda oynamaq olmaz. Nyukaslla oyun ərəfəsində belə oyunla nə qazanıram? Gərək futbolçulara 3-4 gün bərpa verəm. Şamaxı ilə Qubada 4-5 oyunun gücünü sərf etdik. AFFA bu vəziyyətə müdaxilə etməlidir. Koxalskinin mikrozədəsi var, dünən məşqdə ağrı hiss etdi. Lemadro isə bu gün əzələsini dartdı. Durumlarına baxacağıq. Kadiyə göstərilən qırmızı vərəqə anlaşılmaz qaldı. Bəlkə də VAR-dan dedilər. VAR-da Əliyar Ağayev idi, o, çox vaxt əleyhimizə belə müdaxilələr edir".

Mirağa

Избранный
13
2
fanat.az

3Источники