RU

Bundesliqa tarixində bunu "Borussiya"dan başqa yalnız bir komanda bacarıb -"Bayern" deyil

Borussiya Dortmund" Almaniya Bundesliqasının 23-cü turunda "Maynts"ı rahatlıqla məğlub edərək dörd cavabsız qol vurub. 

Fanat.Az xəbər verir ki, beləliklə "Borussiya" ardıcıl on beşinci Bundesliqa oyununda fərqlənməklə rekord reallaşdırıb. 

"Opta Joe"-nin hesablamasına görə, Almaniya çempionatında bundan əvvəl yalnız iki komanda ardıcıl on beş oyunda qol vurmağı bacarıb. Qəribəsi odur ki, rekordçular arasında Almaniya nəhəngi "Bayern Münhen" yoxdur. 

1980-ci ildə "Hamburq", daha sonra isə 2013-cü ildə Yürgen Kloppun rəhbərliyi altında "Borussiya Dortmund" ardıcıl on beş çempionat oyununda rəqib qapıçıları məyus edib. 

Избранный
22
1
fanat.az

2Источники