ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, zərərçəkmiş əvvəlcədən tanış olduğu şəxs tərəfindən “işə düzəltmək” adı altında 11500 manat vəsaitinin aldadılaraq ələ keçirilməsi barədə polisə müraciət edib.
Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.
Fakt üzrə araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.