RU

Marko Rubio: ABŞ-yə zəif yox, özünü müdafiə edə bilən güclü müttəfiqlər istəyir

BAKI, 14 fevral. TELEQRAF

ABŞ-nin dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışı zamanı Vaşinqtonun Avropadakı müttəfiqlərindən gözləntilərini və transatlantik təhlükəsizlik konsepsiyasını açıqlayıb.

Teleqraf xəbər verir ki, dövlət katibi ABŞ-nin zəif tərəfdaşlarda maraqlı olmadığını və güclü Avropanın mövcudluğunu qətiyyətlə dəstəklədiyini vurğulayıb.

M.Rubio qeyd edib ki, kollektiv təhlükəsizliyin qorunması üçün hər bir müttəfiq dövlət öz müdafiə potensialını artırmalıdır:

"Biz özünü müdafiə edə bilən güclü tərəfdaşlara, güclü müttəfiqlərə sahib olmaq istəyirik. Bu, ona görə lazımdır ki, heç bir rəqib heç vaxt bizim kollektiv gücümüzü sınağa çəkmək barədə düşünməsin".

Dövlət katibi Avropa liderlərinə müraciət edərək, ortaq dəyərlərin və sivilizasiya mirasının qorunmasının vacibliyini diqqətə çatdırıb. Rubionun fikrincə, müttəfiqlik həm də ortaq tarixi məsuliyyəti bölüşmək deməkdir:

"Bizə zəif yox, bizimlə eyni mirasa sahib olan, bu irsi qorumağa hazır və qadir olan qürurlu müttəfiqlər lazımdır. Biz Avropanı güclü görmək istəyirik. Hesab edirik ki, Avropa yaşamalıdır".

M.Rubio əlavə edib ki, ABŞ Avropadan ayrılmaq niyyətində deyil, əksinə, alyansı daha realist və qarşılıqlı məsuliyyət prinsipləri əsasında yenidən canlandırmaq niyyətindədir:

"Amerika xalqı Avropa ilə mənəvi və mədəni bağlılığını qoruyur, lakin bu bağlılıq təhlükəsizlik sahəsində ciddi qarşılıqlı addımlarla möhkəmləndirilməlidir".

Избранный
51
1
teleqraf.com

2Источники