RU

Zelenski: Ukraynada bir dənə də olsun zədələnməmiş elektrik stansiyası qalmayıb

Ukraynada Rusiya zərbələri nəticəsində zədələnməmiş bir dənə də olsun elektrik stansiyası qalmayıb.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında bildirib.
 

"Artıq dörd ildir ki, Rusiya ballistik raketlərdən istifadə edir və hücumlar həyata keçirir. Zərbələrin əksəriyyəti bizim elektrik stansiyalarımıza və digər əsas infrastruktura yönəlib”.


Xatırladaq ki, fevralın 13-də 62-ci Münxen Təhlükəsizlik Konfransı (MSC 2026) işə başlayıb.

Dünyada təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə müzakirə olunduğu bu mühüm konfransda 60 dövlət və hökumət başçısı, 120 ölkədən 200-dən çox nazir, BMT, NATO, Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurumlardan 40-dan çox rəsmi şəxs iştirak edir.

Bizim.Media

Избранный
46
5
bizim.media

9Источники