Rusiyalı idmançılar İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında ümumiyyətlə iştirak etməməli idilər.
Publika.az xəbər verir ki, bunu Rusiya biatlon komandasının keçmiş məşqçisi Volfqanq Pikler deyib.
O, Rusiyada işlədiyi müddətdə bir çox gözəl dostlar qazandığını və komandanı xoş xatirələrlə xatırladığını qeyd edib. Lakin mütəxəssis indi vəziyyətin fərqli olduğuna əmindir:
“Həqiqətən də əla idi. Mən Rusiyanı sevirəm. Amma indi yox. Döyüşlər gedəndə yox”.