RU

Qurban Qurbanov doğma rayonun komandasına maliyyə ayırdı

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov «Zaqatala»ya maddi yardım göstərib.

O, doğma rayonunun eyniadlı təmsilçisinə 10000 manat ianə ayırıb.

Həmin məbləğ komandanın müəyyən məsrəflərinin qarşılanması üçün nəzərdə tutulub.

Əyalət klubu 12 ildir I Liqada mübarizə aparır. Ağdamlıların çalışdırıcısı ötən müddət ərzində daim «yaşıllar»a kömək əlini uzadıb.

Elə il olmayıb ki, onlara maliyyə dəstəyi verməsin.

Axı onun böyük qardaşı Musa Qurbanov da buradadır. Tanınmış funksioner Müşahidə Şurasında yer alıb. Onun da bir əli komandanın üzərindədir - həm maddi, həm də mənəvi.

«Zaqatala» hazırda I Liqanın ortababları arasındadır. Rüstəm Məmmədovun çalışdırdığı kollektiv 14 tur ərzində 18 xal toplayıb və turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Избранный
25
sportinfo.az

1Источники