RU

Naxçıvanda dəm qazından zəhərlənən azyaşlıların vəziyyəti açıqlanıb

Naxçıvanda dəm qazından zəhərlənən 5 azyaşlının vəziyyəti açıqlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Pəri Əliyeva deyib ki, onların vəziyyəti daxil olarkən çox ağır qiymətləndirilib.

O qeyd edib ki, azyaşlılar dərhal Reanimasiya şöbəsinə yerləşdirilib və ilkin tibbi yardım göstərilməyə başlanılıb. Hazırda uşaqların vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir və müalicələri Reanimasiya şöbəsində stasionar şəraitdə davam etdirilir. Uşaqlar xəstəxanaya qəbul edildikdən təxminən 35–40 dəqiqə sonra həmin ailənin qonşuluğunda yaşayan 2 nəfər yetkin yaşlı vətəndaş da dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxananın Təcili yardım şöbəsinə çatdırılıb. Həmin şəxslərə də ilkin tibbi yardım göstərilib. Onların vəziyyəti hazırda stabildir.

"İlkin ehtimallara görə hadisə dəm qazı zəhərlənməsi nəticəsində baş verib, xəstəxana şəraitində aparılan müayinələr zamanı bu diaqnoz təsdiqlənib. Müalicə tədbirləri davam etdirilir"- deyə mərkəzin baş həkimi əlavə edib.

***

Naxçıvan şəhərində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb.

Nəticədə Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu həyatını itirib.

Onun övladları – 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Избранный
88
50
far.az

10Источники