RU

Müdafiə Nazirliyində ötən ilin yekunlarına dair kollegiya iclası keçirildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2025-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordu Komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik, birləşmə komandirlərinin və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə videobağlantı formatında keçirilən iclasda cari ildə görülmüş işlərin nəticələri təhlil edilib və 2026-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub.

Müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında 2025-ci ildə ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlardan danışıb, Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları iştirakçılara çatdırıb. Azərbaycanın beynəlxalq nüfuzunun davamlı şəkildə yüksəlməsində və regionun qlobal güc mərkəzinə çevrilməsində Azərbaycanın müdafiə potensialının mühüm rol oynadığını xüsusi qeyd edib.

General-polkovnik Z.Həsənov 8 Noyabr - Zəfər Günündə Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin digər strukturları ilə birgə keçirdiyi Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda nümayiş etdirilən nümunəvi nizam-intizamın və hərbi qüdrətin, eləcə də texniki təminatın Müzəffər Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini qürur hissi ilə bildirib.

Избранный
49
1
publika.az

3Источники