RU

ABŞ Dövlət katibi: BMT Qəzza və Ukraynada münaqişələrin həllində faktiki heç bir rol oynamır

“BMT böyük potensiala malikdir, lakin bir çox vacib məsələlərə cavab verə bilmir”.

Moderator.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında bildirib.

“BMT dünyada xeyirxahlıq aləti olmaq üçün böyük potensiala malikdir, lakin biz inkar edə bilmərik ki, bu gün ən vacib məsələlərə onun cavabı yoxdur və bu gün faktiki heç bir rol oynamır”, - deyə Dövlət katibi Qəzza və Ukraynada münaqişələrin həllində BMT-nin rolundan danışarkən deyib.

Rubio əlavə edib ki, Rusiya və Ukraynanı heç olmasa danışıqlar masası arxasına oturtmaq üçün bir çox ölkənin tərəfdaşlığı ilə ABŞ liderliyi lazım oldu.

Избранный
19
2
moderator.az

3Источники