RU

“Ukraynada işğal etdiyi hər kilometr torpaq Rusiyaya 170 əsgərə başa gəlir” – Zelenski

Rusiyanın Ukraynada işğal etdiyi hər kilometr ona 170 əsgərə başa gəlir.

7Times.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “The Atlantic”ə müsahibəsində deyib.

“Ukrayna müharibəni uduzmur. Məncə bunu Prezident Trampın administrasiyası da başa düşüb. Bu onları bir qədər təəccübləndirə bilər, çünki Rusiyanın propoqandası onların üzərində birbaşa işləyir. Bu yaxınlarda apardığımız hesablamalara görə, Rusiya Ukraynada işğal etdiyi bir kilometr torpaq onlara 170 əsgərə başa gəlir”,- Zelenski qeyd edib.

O, bu rəqəmə ölü və yaralı əsgərlərin daxil olduğunu, yaralıların vəziyyətinin ağır olduğundan bir daha döyüşlərə qayıda bilmədiyini bildirib.

“Bizim bununla bağlı sübutlarımız var. Onlar son altı ayda haradasa qalib gəliblər? Yox”,- Ukrayna lideri vurğulayıb.

Zelenski əlavə edib ki, Rusiya prezidenti Vladimir Putini dayandıra biləcək yeganə qüvvə ABŞ prezidenti Donald Trampdır.

“Bu gün onu dayandıra biləcək yeganə qüvvə Trampdır. Bunu bacaran başqa qüvvələr ola bilər, amma onların bir iş gördüyünü görmürəm. Bir şey etməyə çalışanlar isə ya bacarmırlar, ya da ruslar onları ciddi qəbul etmir”,- Ukrayna prezidenti iddia edib.

Избранный
9
6
7times.az

8Источники