RU

Yaşar Yusubdan romantik etiraf

Olay.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Məşhur müğənni Yaşar Yusub “Darıxacaqsan”, “O bilir” kimi uğurlu layihələrindən sonra da yaradıcılıq tempini azaltmaq niyyətində deyil.

OLAY yazır ki, sənətçi yeni mahnısını dinləyicilərin ixtiyarına verib. “Ömrümün ən gözəl çağı” adlı nəğmənin söz və musiqisi Faiq Erola, aranjimanı isə Çoşqun Qadaşova məxsusdur.

Pop ulduzun yeni bəstəsi üzərində beynəlxalq komanda çalışıb. Layihədə azərbaycanlı musiqiçilərlə yanaşı, türkiyəli sənətçilər də yer alıb. Mahnı qardaş Türkiyədə canlı musiqi alətlərinin müşayiəti ilə yazılıb.

Ard-arda təqdim etdiyi layihələrlə gündəmdə olan Yaşar Yusub son günlər paylaşdığı yeni fotolarla da diqqət çəkib. Müğənni bu dəfə həmin fotoların səbəbini açıqlayıb. Belə ki, sözügedən görüntülər mahnı üçün hazırlanan xüsusi videoçarxın anonsu olub.

Sənətçinin yeni layihəsindəki stil üzərində Niko Lab çalışıb.

Qeyd edək ki, “Ömrümün ən gözəl çağı” mahnısı Yaşar Yusubun rəsmi YouTube kanalında və bütün rəqəmsal musiqi platformalarında yayımlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
olay.az

1Источники