RU

Ağcabədidə 19 bıçaq xəsarəti yetirilən uşağın son durumu

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ağcabədi rayonunun Aşağı Avşar kəndində 19 bıçaq xəsarəti yetirilən 2019-cu il təvəllüdlü Sübhan Bəşirov xəstəxanadan evə buraxılıb.

"Cebheinfo.az" xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında S.Bəşirovun atası Rəşad Bəşirov deyib.

O bildirib ki, bu gün səhər saatlarında uşaq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında təkrar tibbi müayinədən keçirilib və o, ambulator müalicə üçün evə buraxılıb:

"Vəziyyəti normallaşır, yavaş-yavaş yeriyir. Həkimlər deyir ki, həyatı təhlükəsi yoxdur, vəziyyəti yaxşıdır. Ona görə də məsləhət gördülər ki, müalicəsi ev şəraitində davam etdirilsin".

Xatırladaq ki, fevralın 4-də Ağcabədi rayonunun Aşağı Avşar kəndində kənd sakini, 2019-cu il təvəllüdlü S.Bəşirov bıçaq xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Müayinə zamanı uşaqda 19 bıçaq xəsarəti müəyyən edilib və o, dərhal əməliyyat olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
106
18
cebheinfo.az

10Источники