RU

BMT aktual məsələlərin həllində faktiki olaraq heç bir rol oynamır – Rubio

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatı (BMT) böyük potensiala malikdir,lakin ən aktual məsələlər üzrə cavablara sahib deyil və faktikiolaraq heç bir rol oynamır.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi MarkoRubio Münhen Təhlükəsizlik Konfransında bildirib.

“BMT hələ də bir alət kimi çıxış etmək üçün böyük potensialamalikdir, lakin bu gün qarşımızda duran ən mühüm məsələlər üzrəonun cavablarının olmadığını və əslində heç bir rol oynamadığınıgörməzlikdən gələ bilmərik”,- diplomat bildirib.

Onun sözlərinə görə, BMT Qəzza sektorunda və Ukraynadamünaqişələri nizamlaya bilməyib və Ukrayna məsələsində danışıqlarınmümkün olması məhz ABŞ sayəsində baş tutub.

Məqalədə:
Избранный
35
az.trend.az

1Источники