RU

Prezident sülh müqaviləsi ilə bağlı məsələyə nöqtə qoydu – Politoloq

“Prezident İlham Əliyev yekun sülh müqaviləsi ilə bağlı məsələyə nöqtə qoydu. Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla Yekun sülh müqaviləsini seçkilərə kimi imzalanması üçün hökumətin proqramına salıb. N.Paşinyan ötən gün açıqlamasında Yekun sülh müqaviləsi ilə bağlı mövqeyini açıqladı”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloq bildirib ki, Ermənistan Konustitusiyası dəyişmədən Yekun sülh müqaviləsinin bağlanmasını ABŞ də istəyir:

“Azərbaycan prezidenti İlham Əliyev Münhendə Ermənistan Konustitusiyası dəyişmədən Yekun sülh müqaviləsi bağlanmayacağını bəyan etdi. Həmçinin qeyd etdi ki, Konustitusiya dəyişikliyi edilsin, sabahı Yekun sülh müqaviləsinə imza atmağa hazırıq. Bununla da cənab İlham Əliyev bu məsələyə nöqtə qoydu. Ermənistan Konustitusiyası dəyişmədən Azərbaycan Yekun sülh müqaviləsinə imza atmayacaq”.

Vasif ƏLİHÜSEYN

Избранный
22
adalet.az

1Источники