RU

İran uğrunda savaş: ABŞ Rusiya və Çinin ortaq qatılacağı müharibədən çəkinir?

ABŞ Prezidenti Donald Trump gələn ay İranla saziş bağlanacağını açıqlasa da, danışıqların nəticəsiz qalacağı təqdirdə Tehranın “ağır mərhələ” ilə üzləşəcəyini də istisna etməyib. 

Həmçinin, ABŞ-nin “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin zərbə qrupunun Karib hövzəsindən Yaxın Şərq istiqamətində hərəkətə keçməsi, eləcə də Avropa aviaşirkətlərinə İranın hava məkanından istifadə etməmək barədə yeni xəbərdarlıq Vaşinqton-Tehran xəttində gərginliyin azalmadığını göstərir.

Yəni bu addımlar yaxın perspektivdə tərəflər arasında münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı sualları artırır.

Tramp sülhdən danışdığı halda Yaxın Şərqə niyə gəmi göndərir? İran və ABŞ arasında yaxın vaxtlarda gərginlik yarana bilərmi?

"Cebheinfo.az"a açıqlamasında politoloq Turab Rzayev bildirib ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında münasibətlərin həddindən artıq gərginləşəcəyi aydındır.

O qeyd edib ki, sadəcə burada Vaşinqtonun mövqeyinin tam qəti olmadığını görürük:

"Bir tərəfdən ABŞ daxilində İrana qarşı sərt zərbələrin endirilməsini istəyən qüvvələr var və bu mövqeyə İsrail və Böyük Britaniya kimi müttəfiqlərin təsir göstərir. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri də bunun qəti tərəfdarıdır.

Digər tərəfdən, həm ABŞ daxilində, həm də onun müttəfiqləri arasında mümkün hərbi eskalasiyanın əleyhdarları var. Bu sırada Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Pakistan kimi ölkələrin adı çəkilir. Həmin dövlətlər bölgədə vəziyyətin nəzarətdən çıxmasını istəmirlər".

Politoloq əlavə edib ki, son dövrlərdə Tehranın Çin və Rusiya texnikası gətirilməsini görürük:

"Bunlar da çəkindirici faktor rolunu oynamağa çalışır. İran faktiki olaraq ABŞ-nin Yaxın Şərqdəki bazaları və hərbi obyektlərini hədəf alacağını deyir. Həmçinin Hörmüz boğazını bağlaya, eləcə də bölgədəki aviadaşıyıcılara zərbə endirilə biləcəyi iddia olunur.

Belə ssenari isə neft qiymətlərinin kəskin artması və Yaxın Şərqin genişmiqyaslı müharibə riski ilə üz-üzə qalması demək olardı. Bu amillər Vaşinqtonu bur az düşündürür. ABŞ üçün hakimiyyət dəyişikliyi üçün daha rahat nail olmağın yollar barədə düşünür. Lakin bunu sınadılar alınmadı".

O bildirib ki, hazırkı şəraitdə mümkün müdaxilə, eyni zamanda İranın arxasında dayanan Çin və Rusiya faktorunu da gündəmə gətirir:

"Bu, ABŞ-nin dolayı da olsa, həmin güclərlə qarşıdurmaya hazır olub-olmaması sualını ortaya çıxarır. Amma istənilən halda Vaşinqtondan hər an gözlənilməz addımlar gəlməsi istisna deyil. Çünki Tramp administrasiyası Venesuelada sübut etdi ki, o sürprizlərlə doludur. Bu baxımdan, İrana hər an sürpriz gözlənilə bilər". 

Избранный
12
1
cebheinfo.az

2Источники