RU

Premyer Liqa klubunun himayədarı AFFA-nı xəbərdar etdi - Mən gedirəm…

«Kəpəz» 1 illik aradan sonra yenidən himayədarını dəyişə bilər. Artıq klubda buna hazırlıq başlanıb.

Mövcud sponsor futbol sektorundan geri çəkilmək fikrindədir və AFFA artıq bu barədə məlumatlandırılıb.

Federasiyanın diqqətinə çatdırılıb ki, iyunda, yəni, mövsümün sonunda dəyişikliyin realaşması ehtimalı böyükdür.

Başqa sözlə, quruma xəbərdarlıq edilib ki, gözlənilən hadisəyə indidən hazır olsunlar. Və əgər hansısa şirkət, yaxud biznesmen «sarı-göylər»i öz çətiri altına almaq istəyərsə, alqı-satqı prosesi problemsiz keçəcək.

Gəncə təmsilçisi 2025-ci ilin əvvəlində yeni yönətimin tabeliyinə keçib. Təsisçiliklə bağlı hüquqi prosedur bir neçə ay vaxt apardığından, bu haqda rəsmi açıqlama yalnız may ayında verilib.

Fəqət, 4-5 ay olar ki, maliyyələşmədə müəyyən çətinliklər əmələ gəlib. Öhdəliklərin vaxtında yerinə yetirilməsi problemə dönüb.

SPORTİNFO.AZ

Избранный
30
sportinfo.az

1Источники