ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dani Karvahal növbəti mövsüm üçün "Real Madrid"in planlarına daxil deyil.
Fanat.Az xəbər verir ki, "Kral klubu" artıq onu kiminlə əvəzləyəcəyini də qətiləşdirib.
"Marca"-nın məlumatına görə, dadridlilər təcrübəli oyunçunun yerinə ikinci komandanın sağ cinah müdafiəçisi David Ximenes Korredoru heyətə cəlb edəcək.
"Real Madrid"in kapitanının baş məşqçi Alvaro Arbeloa ilə münasibətləri qaydasında deyil. Bu üzdən, müdafiəçinin "Los Blancos"dakı gələcəyi qeyri-müəyyən olaraq qalır. 34 yaşlı futbolçunun müqaviləsinin müddəti yayda başa çatacaq və ona hələ də yeni anlaşma təklif olunmayıb.
Ximenesin "Real Madrid"lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir və klub yaxın aylarda onunla yeni sözləşmə ilə bağlı danışıqlara başlamağı planlaşdırır.
Karvahal 2013-cü ildən bəri "Real Madrid"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 436 oyun keçirib, 14 qol vurub və 65 məhsuldar ötürmə edib. Bu mövsüm o, cəmi 10 oyuna çıxıb.
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.