RU

Güclü yağış: bu yollar tamamilə su altında qaldı – VİDEO

Türkiyənin Antalya vilayətində yerləşən Eynif Ovası ərazisində yağan güclü leysan nəticəsində geniş sahələrdə böyük gölməçələr yaranıb.

NOCOMMENT.az xəbər verir ki, şiddətli yağış səbəbindən bəzi ərazilər tamamilə su altında qalıb.

Su yığılması nəticəsində Konya–Antalya avtomobil yolunun müəyyən hissələrində, xüsusilə Demirkapı tuneli yaxınlığında hərəkət çətinləşib.

Məlumata görə, leysan yağışlar bir neçə gündür davam edir və suyun səviyyəsinin artmasına səbəb olub. Aidiyyəti qurumlar tərəfindən yolun təhlükəsizliyi üçün tədbirlər görülür.

@trthaberEynif Ovası’nda sağanağın ardından göletler oluştu. Konya-Antalya kara yolu suyla doldu.♬ TRT Haber – orijinal ses – TRT Haber

Избранный
104
nocomment.az

1Источники