RU

BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinin kitabxanalarına kitablar hədiyyə edib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 14 fevral, AZƏRTAC

Tərtər Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası və “BDU könüllüləri” təşkilatının birgə təşəbbüsü ilə 14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Tərtər rayon Heydər Əliyev Mərkəzinə, eləcə də şəhər 1, 2, 5, 6 nömrəli və Xoruzlu, Bəyimsarov, Azad Qaraqoyunlu kənd tam orta ümumtəhsil məktəblərinə 213 nüsxə kitab hədiyyə edilib.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.

Hədiyyə olunan kitablar içərisində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, şifahi xalq ədəbiyyatına, elmin müxtəlif qollarına aid kitablar yer alıb.

Kitabların təqdim edilməsi mərasimində çıxış edən “BDU könüllüləri” təşkilatının Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə üzvü Nərgiz Məmmədzadə bu günün mütaliəyə maraq və kitaba sevgi yaratmaq istəyən bütün insanları vahid məqsəd ətrafında birləşdirdiyini və hər il minlərlə yeni və oxunmuş kitabın uşaqlara hədiyyə olunduğunu deyib. Bildirib ki, BDU tərəfindən ənənəyə çevrilən bu aksiya çərçivəsində ölkəmizin müxtəlif bölgələrindəki ümumtəhsil və ali təhsil müəssisələrinə kitablar hədiyyə edilir. Bu ənənə hər kəsin intellektual inkişafını stimullaşdırmaqla yanaşı, cəmiyyətdə paylaşmaq və hədiyyə etmək hissini də formalaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
azertag.az

2Источники