RU

Aeroport yolunda məhdudiyyət ləğv edildi

Suraxanı rayonu, Aeroport şosesində Hava limanı yolundan “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət ləğv edilib.

Heftelik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığında) istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının quraşdırıldığı metal konstruksiyanın bir hissəsinin söküntü işləri işləri ilə əlaqədar aeroport şosesində Hava limanı yolundan “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulmuşdu. Mərdəkan şosesindən gələn sürücülər alternativ yol olaraq Zığ şosesi istiqamətinə yönləndirilirdi.

Избранный
21
20
heftelik.az

10Источники