RU

Arayik və separatçı dəstəsini əfv edə bilərsiniz? Prezident bu suala belə cavab verdi

ain.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Onlar bizim ərazimizdə, Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləridir. 

"AzPolitika" xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinin hərbi məhkəmənin Qarabağ bölgəsinin 13 şəxsinə ağır həbs cəzaları, o cümlədən keçmiş liderinə ömürlük həbs cəzası verməsinə dair qərarı ilə bağlı suala cavabında bildirib.

“Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz”, - deyə dövlətimizin başçısı əlavə edib.

Müxbir: Cənab Prezident, bəs Siz bununla bağlı nə isə edə bilərsinizmi?

Prezident İlham Əliyev: Siz nəyi nəzərdə tutursunuz?

Müxbir: Yeni səhifə açıb onları əfv edə və ya buna bənzər nə isə bir jest edə bilərsiniz. Bu, Sizin səlahiyyətiniz daxilindədir.

Prezident İlham Əliyev: Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin.

Müxbir: Bu, Sizin üçün eyni şeydir?

Prezident İlham Əliyev: Bəli, tamamilə. Hətta daha da pisdir, daha da pisdir. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
14
hurriyyet.az

10Источники