RU

Azərbaycan səhiyyəsinin böyük problemləri: Ehtiyac var, amma...

Ötən il səhiyyəyə ayrılan büdcə vəsaitinin böyük hissəsi xərclənməyib. Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə dövlət büdcəsindən səhiyyə xərcləri üçün 1 milyard 993,6 milyon manat vəsait ayrılması proqnozlaşdırılsa da, proqnozla müqayisədə 718.3 milyon manat az icra olunub.

Səhiyyə sahəsində ölkədə bəzi regionlarda kadr, dərman və avadanlıq çatışmazlıqları mövcuddur. Bu sektorda real ehtiyaclar olduğu halda proqnozlaşdırılan vəsait niyə xərclənməyib?

“Xərclərin və gəlirlərin optimallaşdırılması nəzərdə tutulur”

Millət vəkili Vüqar Bayramov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, yalnız səhiyyə deyil, digər sektorlarda da qənaət edilməsini müşahidə edirik: “Bunun müxtəlif səbəbləri var. Birincisi, artıq bir sıra sektorlarda, o cümlədən səhiyyə sektorunda maliyyələşmə təkcə dövlət büdcəsi hesabına deyil, həm də büdcədənkənar daxilolmalar vasitəsilə həyata keçirilir. Publik hüquqi şəxslərin sayında artım müşahidə olunur ki, bu da daxilolma mənbələrinin şaxələnməsinə gətirib çıxarıb. Digər tərəfdən, vəsaitlərin xərclənməsi müəyyən vaxt tələb edir. “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq tenderlərin keçirilməsi və satınalmaların reallaşdırılması zəruridir. Bir sıra hallarda dövlət müəssisələri qanunla müəyyən edilmiş müddətlərdə bu prosesləri həyata keçirə bilmirlər. Nəticədə, vəsaitlərin xərclənməsində çətinliklər yaranır, ayrılan vəsaitlərin bir hissəsi istifadə olunmur və növbəti ilə keçirilir. Amma nəzərə alsaq ki, tətbiq olunan büdcə yanaşması sıfır əsaslı büdcə (zero-based budgeting) prinsipinə əsaslanır, bu o deməkdir ki, hər il vəsaitlər əvvəlki illərin göstəricilərinə deyil, cari ilin real ehtiyaclarına uyğun şəkildə planlaşdırılır. 2026-cı ilin büdcəsi də göstərir ki, bu istiqamətdə xərclərin və gəlirlərin optimallaşdırılması nəzərdə tutulur. Yəni xərclər prioritetlərə uyğun müəyyənləşdiriləcək və sektorlara vəsait ayrılması onların real ehtiyacları əsasında həyata keçiriləcək”.

Səmərəli, çevik, şəffaf xərclənmə...

Избранный
34
publika.az

1Источники