RU

Azərbaycanın bu dövlətlə quru sərhədi açıldı?

“Artıq bir qrup sivil toplum nümayəndəsi Ermənistana səfərə gedib, vətəndaş cəmiyyəti üzvlərinin təmasları dayanıqlı sülh üçün çox vacibdir, dəstəkləyirəm”.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri Natiq Cəfərli özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, maraqlı odur ki, nümayəndə heyyəti Ermənistana quru sərhəddən keçib-gedib, deməli ilk Ermənistanla quru sərhədlər de-fakto açılmış sayıla bilər:

“Davamı gəlsin, tezliklə bütün quru sərhədlərin açıldığını görək, artıq yetər, bu məsələ həllini tapmalıdır, bağlı sərhədlər ölkəmizi iqtisadi itkilərə uğradır, insanlarda ciddi sosial, hətta psixoloji problemlər yaradır...”

"Cebheinfo.az"

Избранный
40
1
cebheinfo.az

2Источники