RU

Cənubi Qafqazda özəl sektorun ÜDM-ə nisbətdə ən aşağı borclanma səviyyəsi Azərbaycandadır - "S&P"

Bakı. Trend:

Azərbaycanda özəl sektorun ÜDM-ə nisbətdə borclanma səviyyəsi 26faizə yaxındır ki, bu Gürcüstan, Ermənistan və Özbəkistanın müvafiqgöstəricilərindən aşağıdır və Qazaxıstan və Qırğızıstanınsəviyyəsinə uyğundur. Bundan başqa regionda valyutada kreditləşməpayı ən aşağı olan ölkə məhz Azərbaycandır. 2025-ci ilin sonunaolan göstəriciyə əsasən bu təqribən 16 faiz civarındadır.

Trend bu barədə“S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyinə istinadənxəbər verir.

Məlumatlara görə, Azərbaycanda kreditləşmənin artım tempinin2026-cı ildə 10–12 faizə qədər yavaşlayacağı gözlənilir ki, bu da2025-ci ilin səviyyəsinə uyğun olacaq.

Müqayisə üçün qeyd edək ki, əvvəlki dörd il üzrə orta illikartım təxminən 18 faiz təşkil edib.

Agentliyin proqnozlarına əsasən, iqtisadiyyatın neft və qazhasilatında durğunluq fonunda zəifləməsi gözləntilərinə baxmayaraq,Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun olaraq 3-cümərhələ kreditlərinin payı ümumilikdə 4,5–5 faiz səviyyəsində sabitqalacaq”, – məlumatda bildirilir.

Qeyd olunur ki, 2026-cı ildə milli standartlar üzrə kredit riskidəyərinin 1,1–1,4 faiz intervalında olacağı proqnozlaşdırılır.

“S&P” bildirir ki, milli standartlara uyğun ehtiyatlarınformalaşdırılması tələbləri BMHS ilə müqayisədə daha sərtdir vəbankların BMHS 9-a keçidindən sonra Azərbaycan bankları tərəfindənehtiyatların həcminin əhəmiyyətli dərəcədə azalacağıgözlənilmir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət StatistikaKomitəsinin məlumatına görə, 2026-cı ilin yanvar ayındaAzərbaycanda 9 milyard 78,7 milyon manat məbləğində ümumi daxiliməhsul istehsal olunub ki, bu da ötən ilin yanvar ayı iləmüqayisədə 1,7 faiz çoxdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz,qeyri-neft-qaz sektorunda isə 2,3 faiz artıb.

ÜDM-in istehsal strukturunda 33,9 faiz sənayenin, 11,7 faizticarət və nəqliyyat vasitələrinin təmiri sahəsinin, 7,8 faiznəqliyyat və anbar təsərrüfatının, 3,6 faiz tikintinin, 3,3 faizkənd, meşə təsərrüfatı və balıqçılığın, 2,4 faiz turistlərinyerləşdirilməsi və ictimai iaşənin, 2,2 faiz informasiya və rabitəsahəsinin, 23,4 faiz digər sahələrin payına düşüb. Məhsul və idxalüzrə xalis vergilər ÜDM-in 11,7 faizini təşkil edib.

Adambaşına düşən ÜDM 884,5 manat olub.

Избранный
138
2
az.trend.az

3Источники