RU

Paşinyan Rusiyanın Ermənistanın dəmir yollarına nəzarətini geri almaq istəyir

Baş nazir Rusiyanın Ermənistan dəmir yollarına nəzarətini üçüncü tərəfə verməyi təklif edir...

Ermənistan regional nəqliyyat layihələrində problemlərin qarşısını almaq üçün yeni mexanizm axtarır.

Poliqon xəbər verir ki, Nikol Paşinyan Ermənistanın dəmir yollarının idarə olunması ilə bağlı mövcud konssesiyanın yenidən nəzərdən keçirilə biləcəyini bildirib. Baş nazir qeyd edib ki, İrəvan Rusiyaya Ermənistan dəmir yollarının idarəçiliyinə dair konssesiyanın üçüncü bir ölkəyə satılmasını təklif edə bilər. Onun sözlərinə görə, bu addım regional nəqliyyat layihələrinin həyata keçirilməsi zamanı yarana biləcək çətinliklərin aradan qaldırılmasına xidmət edə bilər.

Paşinyan mümkün namizədlər sırasında Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi ölkələrin adını çəkib. O vurğulayıb ki, bu dövlətlər həm Ermənistan, həm də Rusiya ilə yaxşı münasibətlərə malikdir və balanslı əməkdaşlıq modeli formalaşdıra bilərlər.

Baş nazirin fikrincə, dəmir yollarının hazırda Rusiya tərəfi tərəfindən idarə olunması Ermənistanın bəzi strateji və rəqabət üstünlüklərini məhdudlaşdırır. O bildirib ki, söhbət Rusiyaya qarşı hər hansı addım atmaq niyyətindən getmir, lakin məsələ müzakirə olunmalı və real vəziyyət nəzərə alınmalıdır. Paşinyan əlavə edib ki, proses artıq “kristallaşma mərhələsinə” daxil olur və gələcək qərarlar açıq dialoq əsasında qəbul edilməlidir.

Qeyd edək ki, Ermənistan dəmir yollarının idarə olunması uzunmüddətli konssesiya müqaviləsi əsasında Rusiyanın nəzarətindədir və bu məsələ regionda kommunikasiya xətlərinin açılması, o cümlədən Cənubi Qafqazda planlaşdırılan tranzit layihələri fonunda yenidən aktuallaşıb. İrəvan hökuməti hesab edir ki, alternativ idarəetmə modeli ölkənin nəqliyyat-logistika imkanlarını genişləndirə və beynəlxalq layihələrdə iştirakını daha çevik edə bilər.

Poliqon.info

Избранный
77
poliqon.info

1Источники