RU

Tramp: “İranda rejim dəyişikliyi ən yaxşı variantdır”

ABŞ Prezidenti Donald Tramp İranda rejim dəyişikliyi ideyasına müsbət yanaşdığını bildirərək, bunun “ola biləcək ən yaxşı şey” kimi göründüyünü deyib.

Vaşinqton Tehranla danışıqları davam etdirərkən, eyni zamanda bölgədə hərbi mövcudluğunu da artırır.

"Cebheinfo.az" xəbər verir ki, Tramp həftəsonunu keçirmək üçün Floridaya yola düşməzdən əvvəl təyyarəyə minməzdən öncə jurnalistlərin suallarını cavablandırıb.

Bir jurnalistin “İranda rejim dəyişikliyi istəyirsinizmi?” sualına Tramp belə cavab verib:

“Düşünürəm ki, ola biləcək ən yaxşı şey bu olardı”.

Tramp İranın ABŞ hücumundan yayınmaq üçün nə etməli olduğu barədə suala isə belə cavab verib:

“Onlar daha əvvəl etməli olduqları kimi düzgün bir razılaşmaya gəlməlidirlər. O zaman biz bunu etmərik (hücum etmərik). Amma bilirsiniz, tarixi olaraq bunu etmədilər”.

İranın “çox danışıb heç nə etmədiyini” iddia edən Tramp deyib:

“47 ildir fasiləsiz danışırlar. Bu arada, onlar danışarkən biz çoxlu insan itirdik. Ayaqlar qopdu, qollar qopdu, üzlər zədələndi”.

Tramp İranda hakimiyyəti kimin təhvil almasını istədiyi ilə bağlı suala isə bu mövzuda danışmaq istəmədiyini bildirib.

Bölgəyə “möhtəşəm güc” göndərdiklərini xatırladan Tramp deyib:

“Bildiyiniz kimi, əlavə qüvvələr də göndərilir və tezliklə başqa aviadaşıyıcı gəmilər də yola çıxacaq. Bu dəfə işləri yoluna qoya biləcəyikmi, görəcəyik”.

Tramp ABŞ-nin İran tərəfindən hər hansı nüvə zənginləşdirmə fəaliyyətini istəmədiyini bir daha vurğulayıb.

Избранный
40
cebheinfo.az

1Источники