RU

Keçmiş idarə rəisi vəfat etdi -

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təchizat İdarəsinin keçmiş rəisi, ədliyyə polkovnik-leytenantı Mürsəl Zeynalov vəfat edib.

Metbuat.az yenisabah.az-a istinadən xəbər verir ki, M.Zeynalov qəfil ürəktutmasından dünyasını dəyişib.

Mərhum Sabunçu rayonunun Nardaran qəsəbə qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Mürsəl İslam oğlu Zeynalov 1968-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub.

Uzun illər daxili işlər orqanlarında çalışıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayının komandir müavini və Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində inzibati təcrübə üzrə baş inspektor vəzifələrində işləyib. 2016-cı ildə ərizə yazaraq işdən çıxıb.

Daha sonra Ədliyyə Nazirliyi sisteminə keçib. Penitensiar Xidmətin Konvoy Taborunun qərargah rəisi və Təchizat İdarəsinin rəisi olub.

2023-cü ilin avqust ayında qurumun Təchizat İdarəsinin vəzifəsindən azad olunub.

Избранный
96
10
metbuat.az

10Источники