Tanınmış televiziya aparıcısı İlhamiyyə Rza televiziya karyerasını başa vurduğunu açıqlayıb.
Manset.az xəbər verir ki, aparıcı son verilişindən sonra efirlə vidalaşdığını bildirib.
O, bu qərarın onun üçün bir mərhələnin sonu olduğunu qeyd edib:
“Bu da son… Televiziyamızın 70 illiyinə ithafən hazırladığımız bu verilişlə televiziyaya karyerama son qoydum. Əziz azsaylı, amma çox qiymətli izləyicilərim, sizi sevirəm”, – deyə aparıcı yazıb.
İlhamiyyə Rza layihə boyunca yanında olan komandaya, AzTV rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, aparıcının bu qərarı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
