RU

Azərbaycan millisinin sabiq baş məşqçisi: Dahiləri müqayisə etmək olmaz

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan millisinin keçmiş baş məşqçisi Fernando Santuş "Kriştiano Ronaldo, yoxsa Lionel Messi - kimi üstün futbolçu hesab edirsiz?" sualını cavablandırıb. Sport24.az xəbər verir ki, 71 yaşlı mütəxəssis bununla bağlı "A Bola"ya açıqlama verib:

"Dahiləri müqayisə etmək olmaz. Bethoveni, yoxsa Motsartı üstün tutursunuz? Onlar anadangəlmə dahilərdir. Bəlkə kimsə Messini, kimsə də Ronaldonu bəyənir. Bu halda, yalnız bir yolla gedə bilərik - titul baxımından kimin nələrə nail olduqlarına baxın. Və burada Kriştiano daha üstündür". 

Qeyd edək ki, Portuqaliya millisi Santuşun rəhbərliyi altında 2016-cı ildə Avropa Çempionatını və 2019-cu ildə Millətlər Liqasını qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
133
sport24.az

1Источники