RU

Zelenski İran Şahının oğlu ilə görüşdü


Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransı çərçivəsində İran Şahının oğlu Rza Pəhləvi ilə görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə Zelenski öz Teleqram kanalında məlumat yayıb.

 

“Ukrayna İran xalqının gələcəyi uğrunda mübarizəsini dəstəkləyir və İran rejiminin bütün qurbanlarına başsağlığı verir”, - Zelenski bildirib.

 

O, "İrana qarşı sanksiyaların gücləndirilməsini vacib hesab etdiyini" vurğulayıb.

 

Ukrayna dövlət başçısı bildirib ki, "İran şahzadəsinə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edirəm. İnsan həyatını qorumaq üçün hər cür səy göstərmək vacibdir. Ukrayna öz köməyini göstərməyə hazırdır".

 



Избранный
13
1
senzor.az

10Источники