RU

Müğənnilərimizin illər ərzində dəyişimi MÜZAKİRƏ YARATDI FOTOlar

ain.az, Milli.az saytına istinadən bildirir.

Azərbaycanlı məşhur müğənnilərin illər ərzindəki dəyişimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, paylaşılan köhnə və yeni fotolar izləyicilərin diqqətini çəkib. Müğənnilərin zamanla xarici görünüşlərində baş verən fərqlər sosial mediada aktiv müzakirə mövzusuna çevrilib. Fotolara çoxsaylı rəylər yazılıb, fikir ayrılıqları yaranıb.

Bəzi istifadəçilər sənətçilərin dəyişimini təbii baxım, makiyaj və imic yenilənməsi ilə əlaqələndirsə də, digərləri onların estetik və plastik müdaxilələr nəticəsində xeyli dəyişdiyini iddia ediblər. Xüsusilə üz cizgilərindəki fərqlər, burun və dodaq formaları, eləcə də üz ovalındakı dəyişikliklər müzakirələrin əsas mövzularından olub.

Qeyd edək ki, məşhurların xarici görünüşündəki dəyişikliklər zaman-zaman sosial şəbəkələrdə maraq doğurur və geniş rezonans yaradır. 

Musa

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
news.milli.az

2Источники