RU

Parisdə Zəfər Tağı yaxınlığında naməlum şəxs jandarmı bıçaqla hədələyib

Fransanın paytaxtı Parisin 8-ci Dairəsinin Zəfər Tağı yaxınlığında bir kişi asayiş keşikşilərini bıçaqla hədələyib; jandarmlardan biri atəş açıb.

"Far.Az"un məlumatına görə, bu barədə "Le Figaro" qəzeti polisdəki mənbəyə istinadən xəbər verib.

Qəzetin məlumatına görə, hücum edən şəxs saxlanılıb və sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə fevralın 13-də axşam Zəfər Tağında Əbədi Məşəlin yandırılması mərasimi zamanı baş verib.

Hücumçunun şəxsiyyəti hələ müəyyən edilməyib. Fransanın Milli Terrorla Mübarizə Prokurorluğu (PNAT) araşdırmaya başlayıb.

Избранный
141
1
far.az

2Источники