“Doğrusu, çempionatda asan oyun yoxdur”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Slavik Alxasov deyib.
Müdafiəçi Premyer Liqanın növbəti turu ilə bağlı danışıb:
“Budəfəki rəqibimiz “Sumqayıt”dır. Çətin komandadır.
Qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirik. Avrokuboklara vəsiqə uğrunda mübarizədə hər oyun bizim üçün finala bərabərdir”.