Bakı, 14 fevral, AZƏRTAC
Fransa polisinin Luvr muzeyində Versalda keçirdiyi əməliyyatda bilet saxtakarlığı ilə məşğul olan şəbəkə ifşa edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Paris Prokurorluğu məlumat yayıb. əməliyyat zamanı 9 nəfər dindirilib. Onların arasında muzey əməkdaşları və bələdçilər də var.
İlkin məlumata görə fırıldaqçı şəbəkənin fəaliyyəti nəticəsində təkcə Luvr muzeyinə 10 milyon avrodan (təxminən 20 milyon manat) çox ziyan dəyib.