RU

Aeroport yolunda söküntü işləri başladı

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Suraxanı rayonu, Aeroport şosesində ("Buta Palace" yaxınlığında) mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyanın bir hissəsinin söküntü işlərinə başlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Axar.az-a bildirilib.

Bu səbəbdən hava limanı yolundan (Hava limanı körpüsündən) "Koroğlu" metrostansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Mərdəkan şosesindən gələn sürücülər alternativ yol olaraq Zığ şosesi istiqamətinə yönləndirilir.

Məhdudiyyətin tətbiq olunduğu müddətdə nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi tərəfindən zəruri tədbirlər görülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
9
axar.az

10Источники