Ağcabədi. Trend:
Ağcabədidə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, nəticədəbir nəfər həyatını itirib, iki nəfər isə xəsarət alıb. HadisəYanğınsöndürən bölməsinin qarşısında qeydə alınıb.
Trend-in yerlimüxbirinin məlumatına görə, rayon sakini Rzayev Hacımirzə Mərdanoğlunun idarə etdiyi avtomobil yüksək sürətlə hərəkətdə olarkənsürücü nəqliyyat vasitəsinə nəzarəti itirib. Bu zaman avtomobilYanğınsöndürən bölməsi əməkdaşlarına məxsus şəxsi minik maşınlarınaçırpılıb.
Qəza nəticəsində Rzayev Hacımirzə Mərdan oğlu və Cəfərov RəhmanAnar oğlu müxtəlif dərəcəli xəsarətlərlə rayon mərkəzixəstəxanasına yerləşdiriliblər.
Hadisə zamanı xəsarət alan Ələkbərov Vahid Nail oğlu isəhəkimlərin səylərinə baxmayaraq xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.