ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qahirə, 14 fevral, AZƏRTAC
Azərbaycan Mərakeş Krallığının Amaziq Mədəniyyəti İnstitutunun (IRCAM) Beynəlxalq Ana Dili Günü münasibətilə təşkil etdiyi tədbirdə hər il olduğu kimi bu il də təmsil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirə qatılan gənc iştirakçı Aydın Cəfərov görkəmli şair Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndirib. Çıxış iştirakçıların marağına səbəb olub və Azərbaycan poeziyasına diqqəti artırıb.
UNESCO-nun təsis etdiyi Beynəlxalq Ana Dili Günü çərçivəsində keçirilən tədbir dil müxtəlifliyinin qorunmasına və ana dillərinə dəstək verilməsinə yönəlib. Azərbaycan nümayəndələrinin bu cür görüşlərdə iştirakı ənənəvi hal alıb və mədəni mübadiləyə töhfə verir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.