RU

“Hazırda “Barselona”ya “Atletiko”dan daha çox azarkeşlik edirəm”

Serxio Aquero "Atletiko Madrid" və "Barselona" klublarına münasibətindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, argentinalı sabiq futbolçu Kataloniya klubuna xüsusi rəğbət bəslədiyini bildirib:

“ Mən həm “Atletiko”, həm də “Barselona”da oynamışam. Düzünü desəm, “Barselona”ya həqiqətən aşiq oldum və hazırda ona “Atletiko”dan daha çox azarkeşlik edirəm”.

Argentina millisinin sabiq hücumçusu 2006–2011-ci illərdə “Atletiko”nun formasını geyinib. O, karyerasını başa vurmamışdan əvvəl – 2021-ci ilin iyul-dekabr aylarında isə “Barselona”nın şərəfini qoruyub.

Qeyd edək ki, Aquero karyerasının böyük hissəsini İngiltərənin "Mançester Siti" klubunda keçirib. O, “şəhərlilər”in heyətində on il çıxış edib.

Xatırladaq ki, İspaniya Kubokunun ilk yarımfinal oyununda “Atletiko” “Barselona”nı 4:0 hesabı ilə məğlub edib.

Избранный
24
90deqiqe.az

1Источники