RU

Almaniyada azərbaycanlılara belə münasibət göstərirlər...

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Almaniyada yaşayan Orxan Atabəy qürurlandırıcı paylaşımı ilə diqqət çəkib.

Axar.az xəbər verir ki, o, Almaniyada azərbaycanlılara almanların və miqrantların necə yanaşmasından bəhs edib.

“Rusiyada yaşayanda azərbaycanlı olmağımın hansısa üstünlüyü yox idi. Ruslar üçün fərqi yox idi, özgə və qarayıq. Qafqaz və digər keçmiş SSRİ xalqları isə ən çox Qarabağı başımıza qaxırdılar, utanırdım hər bu mövzu düşəndə.

Almaniyada isə azərbaycanlı olmağımla fəxr edirəm. Soruşmasalar belə, hər yerdə vurğulayıram. Tam fərqli münasibət var.

Yalan deməyim, sadə almanlar Azərbaycanı çox tanımır. Amma polis, bələdiyyə, məktəb, otel kimi sektorlar tanıyır, çünki onların işi müxtəlif millətlərlə işləməkdən keçir.

Bələdiyyə üçün azərbaycanlı işgüzar, vergi verən insandır. Onlar bilirlər ki, biz “pampax millət” deyilik, pul sevənik, işləyib şəhərin iqtisadiyyatına töhfə verəcəyik. Ona görə xüsusi hörmət göstərirlər, fikir verirəm.

Polis bilir ki, biz kriminal və dini radikalizmdən uzağıq, “azərbaycanlı” sözünü eşidəndə sadə və mədəni davranır.

Müəllim də bilir ki, biz uşağa təhsil verən insanlarıq, ona görə başqa miqrantlarla danışdığı kimi deyil, bizimlə sayğılı danışır, yaxınlıq etməyə çalışırlar. Başqa miqrantlarla elə danışırlar, elə bil qarşılarındakı meşədən çıxıb, adi xırdalıqları anladırlar.

O gün polis saxladı. Soruşdu, niyə velosipedin işığı yanmır. Dedim, qanunu bilmirəm, velosiped mənim deyil, problemdisə, sürmərəm, əlimdə aparıb sahibinə verərəm. Azərbaycanlı olduğumu biləndə dedi: “Siz axı mədəni insanlarsınız, bilmirsiniz olmaz lampasız sürmək?”

Dedim, bizim şəhər çox küləkli şəhərdir, velosiped dəbdə deyil deyə, belə qanunlar yoxdur. Əfqanıstanlı var idı, təəccübləndi ki, niyə sənlə belə gözəl, gülərək danışır. Bizə çoxdan cəriməni yazmışdı.

Almanları qoyaq qırağa, müsəlman miqrantlar da bizə hörmət edir. Onlar üçün biz avropalı müsəlmanıq. Ən çox isə Qarabağa görə hörmət görürəm. Kimlə tanış oluram, ilk soruşur: “Sən savaşdın? Xristianlara necə qalib gəldiniz?”

İlham Əliyevə müsəlmanlar içində yaman hörmət var. Elə tərifləyirlər, elə bil hansısa inqilabçıdan danışırlar. Onların beynində müsəlmanın qeyri-müsəlmana qalib gəlməyi mümkünsüz əfsanədir.

Qaldığım yerdə 2 rəqib pizza yeri var. İkisini də livanlı ailə işlədir. Birində keçən dəfə oturduq, azərbaycanlı olduğumuzu dedik, gülərək qarşıladılar. İndi hər dəfə gedəndə “azərbaycanlı gəldi” deyib pizzanı və dönəri xüsusi, bol hazırlayırlar. O dəfə ailəvi oturduq, hesabın xırdasını almadılar.

Başqa yerdə dünən oldum. Azərbaycanlı olduğumu deyəndə gözəl, dostcasına danışdı. Mən əksini gözləyirdim, çünki erməni onların etnik azlığıdır. Yaşlı dayı “Naqornı Qarabağ”ı soruşdu. “Naqornı” sözündən anladım, mövzudan daha dərin xəbərdardır.

Dedim, qalib gəldik, bağlandı söhbət. Barışmağa, sülh qazanmağa çalışırıq. Sonra öz aralarında danışdılar, dayı gənclərə bizim milləti təriflədi. Əl hərəkətlərindən anladım. Sonda əlini burnuna atıb fırtılıq silən kimi edib, “Armenian budur” dedi. Soruşdum, Livanın sünni ərəbləri idi”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
3
axar.az

4Источники