RU

Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

Münxen. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın13-də Münxendə dünyada ən böyük proqram təminatı və buludtexnologiyaları şirkətlərindən biri olan ABŞ-nin “Oracle”korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya iləgörüşüb.

Trend xəbər verir ki, söhbətzamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə texnolojitransformasiya və süni intellekt sahələrinin inkişafı üzrə həyatakeçirilən siyasətə toxunuldu, bu xüsusda “Oracle” korporasiyası iləəməkdaşlığın genişləndirməsində qarşılıqlı marağın olduğubildirildi və tərəfdaşlığın perspektivləri ilə bağlı artıq çərçivərazılaşmasının əldə edildiyi vurğulandı.

“Oracle” şirkətinin Azərbaycanda dövlət və özəl müəssisələrə birsıra xidmətlərin göstərilməsi ilə bağlı uzunmüddətli əməkdaşlıqməsələləri müzakirə olundu. Azərbaycanın müxtəlif aparıcı alitəhsil müəssisələrində üç “Oracle” akademiyasının fəaliyyəti iləbağlı fikir mübadiləsi aparıldı.

Görüşdə, eyni zamanda, Azərbaycan-ABŞ siyasi əlaqələrinin yüksəksəviyyədə olduğu qeyd edildi, bu xüsusda “Azərbaycan RespublikasıHökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında StratejiTərəfdaşlıq Xartiyası”nın imzalanmasının əhəmiyyətinə toxunuldu.Həmin sənəddə də ölkələrimiz arasında süni intellekt sahəsininprioritet istiqamət kimi əks olunduğu vurğulandı.

Избранный
53
42
az.trend.az

10Источники